Nar Mobile”dən müştərilər narazılıq edirbackend

Nar Mobile”dən müştərilər narazılıq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Nar Mobile”in bir çox istifadəçilərinin sözlərindən şirkətin müştərilərini soyduğu məlum olur.

\”Mən digər operatorlara nisbətən \”Nar”ın daha insaflı olduğunu düşündüyüm üçün həmişə bu operatordan istifadə etmişəm. Amma bir neçə gün öncə şirkətin nömrəmdən pulu necə oğurladığının şahidi oldum. Deməli, balansımdan bir manatdan artıq pul var idi. Axşam saatlarından internetə daxil oldum. Lakin heç bir iş görmədən çıxdım. Daha sonra balansımdan 90 qəpiyin silindiyini gördüm. Mobil operatora zəng edib şikayətimi bildirsəm də, müxtəlif bəhanələrlə məsələni yayındırdılar. Sonra qəfil əlaqə itdi. Yenidən zəng edəndə isə yarım saat musiqi dinləyərək gözləsəm də, operatora qoşmadılar. Daha sonra balansımı yoxladım və hesabımın tamamilə yoxa çıxdığını ilə qarşılaşdım. Sonuncu qəpikləri də operatora zəng edəndə çıxmışdılar. Ona görə də artıq bu operatordan istifadə etməmək qərarını vermişəm”, – deyə şikayətçilərdən biri belə deyir.

\”Nar Mobile”: yaxşı başlanğıc, yaxud \”özünü tutan” şirkətin soyğunçuluğu

Bu şirkət Azərbaycanda digər iki mobil operatordan sonra yaranıb. İlk dövrlər şəbəkə problemlərinin olmasına baxmayaraq, bu operatora diqqət böyük idi. Nəticə etibarilə bir neçə ildən sonra \”Nar” \”Azercell”ə rəqib olmaq səviyyəsinə çatdı. Lakin sonrakı dövrdə \”özünü tutan” şirkətin vətəndaşları cibinə girdiyinə dair faktların sayı çoxalmağa başladı.

Şirkətin təqdim etdiyi taariflər olduqca cəlbedicidir. Misal üçün, bir qəpiyə 1 dəqiqə, yaxud \”Hər tərəfə dəqiqəsi 4 qəpik”.

İlk baxışdan sərfəli görünən bu taariflər əslində daha çox müştəri cəlb etmək və daha çox vətəndaşın \”cibinə girmək” siyasətinə xidmət edir.

Bir müddət əvvəl Miq.az-ın redaksiyasına daxil olan şikayətlərdən biri elə bununla bağlıdır.

Xanım şikayətçi deyir ki, o, 5 ildən artıqdır ki, \”Nar” istifadəçisidir: \”Əvəllər də mobil operatorun balansımdan pul sildiyi ilə qarşılaşmışdım. Lakin bu, nadir hallarda olduğu üçün çox da fikir vermirdim. Amma son zamanlar oğurlu çoxalıb. Bu günlərdə daha çox balans yükləyib, daha çox dəqiqə və əlavə bonuslar qazanmaq üçün hesabıma 10 AZN yüklədim. Əlavə bonus dəqiqələr əldə etdim. Amma əvvəllər mən 10 manatı bir aydan artıq istifadə edirdirmsə, cəmi 10 gün keçməmiş \”Diqqət! Balansınız sıfıra yaxınlaşır” xəbərdarlığı ilə qarşılaşdım. Belə görünür ki, mobil operator vətəndaşları həvəsləndirərək, balansı artırır, sonra da öz üsulları ilə qəpikləri balansdan çıxır. Şirkətin özünə zəng etsəm də, saatlarla telefon başında gözlətdilər, sonra da doğru-dürüst cavab vermədilər. Bu, açıq şəkildə oğurluq deməkdir”.

Əslində şikayətlər göstərir ki, hazırda \”Nar Mobile” ölkənin ən fırldaq mobil operatoru rolunu üzərinə götürüb. Şirkətlə bağlı məhkəmə prosesləri də bunu sübut edir.

Şirkətlə bağlı bu cür şikayətlər onlarla, bəlkə də yüzlərlədir.

Qeyd: Yazı sosial şəbəkələrdə və internetdə olan materiallar əsasında hazırlanıb.

İnterpress.az