Nüvə isteriyası bütün ölkələri əhatə edə bilər – ŞƏRHbackend

Nüvə isteriyası bütün ölkələri əhatə edə bilər – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a açıqlamasında rusiyalı siyasi icmalçısı Denis Korkodinov deyib.

Onun sözlərinə görə, Rusiya-Çin alyansı tərəfindən asimmetrik tədbirlər gözləyərək, ABŞ, çox güman ki, texniki və mənəvi cəhətdən köhnəlmiş “Tomaqavk” raketlərini təkmilləşdirəcək ki, daha sonra onları Yaponiyaya, Koreya yarımadasına yerləşdirə bilsin və bununla Pekinə – məhz buna görə Donald Tramp Cənubi və Şimali Koreyanın birləşdirilməsi ilə bağlı planını irəli sürüb, – eləcə də, Rusiya ilə sərhəddəki Cənubi Qafqaz ölkələrin birinə təzyiq göstərə bilsin.

“Bundan başqa, Ağ Ev 1972-ci ildə “Milan” tank əleyhinə raketlər komplekslərinin hazırlanması üçün Avropaya yerləşdirilmiş “Euromissile” layihəsini modernləşdirə bilər. ABŞ administrasiyasının fikrincə, bu addımlar silahlanma yarışına yönəldilib, Çinin öz arsenalını raketlərlə zənginləşdirməsinə, eləcə də, Rusiyanın müasir hipersonik silahlar istehsalına cavabdır”, – ekspert bildirib.

Müsahibimiz şübhə etmir ki, bu cür tədbirlər dünya nəhənglərinin nüvə proqramını inkişaf etdirməsinə gətirib çıxara, bu isə əlaqələrdə beynəlxalq gərginliyin artırılmasına səbəb ola bilər.

“Başqa sözlə desək, OYMR-dan imtina nüvə silahına sahib olan ölkə rəhbərlərində “qırmızı düymədən” istifadədə az şübhələr yaradacaq. Bu, təkcə ABŞ və Rusiyaya aid deyil. Nüvə isteriyası bütün ölkələri əhatə edə bilər”, – Korkodinov əlavə edib.

İnterpress.az