Sabir Rüstəmxanlı Tokatda səfərdədirbackend

Sabir Rüstəmxanlı Tokatda səfərdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, sərgidə Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, Tokat Bələdiyyə sədri Eyüp Eroğlu , yazıçılar, millət vəkilləri və Tokat sakinləri iştirak ediblər.

Sərgiyə qatılan Azərbaycan Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı Tokat bələdiyyə başqanı Eyüp Eroğlu və Tokatlılarla görüşüb.

Bələdiyyə başqanı Eyüp Eroğlu
Tokatlıların kitab sərgisinə marağından danışıb, təşkil olunan bu kitab bayramının hər il keçiriləcəyini, həmçinin, Azərbaycan yazıçılarının kitablarının burda təqdim olunmasının ədəbi əlaqələrin qurulması baxımından faydalı olduğunu söyləyib.

Azərbaycan Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı Tokat ziyalıları, yazıçıları ilə Azərbaycan yazıçılarının birgə Bakıda görüşlərinin vacibliyini bildirərək təşkilatçılığa görə Bələdiyyə Başkanı Eyüp Eroğluna təşəkkür edib.

Xalq şairi Azərbaycan və türk ədəbiyyatı haqqında geniş çıxış edib.

Qeyd edək ki, Sabir Rüstəmxanlınının Türkiyə səfəri davam edir. Xalq şairi Tokatdan sonra İstanbul və Ankarada Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

İnterpress.az