“Hell” insanları necə zəhərləyir? – Araşdırmabackend

“Hell” insanları necə zəhərləyir? – Araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İddia edilir ki, bu içki insanı enerji ilə təmin edir. Ancaq bu, düzgün deyil. Bankanın içindəki məhsul insanın daxili rezervinə açılan qapının açarı rolunu oynayır. Başqa sözlə banka enerji vermir, sadəcə insanda olan enerjini çıxardır. İnsan öz resurslarından «borc» götürür. Borcu isə əvvəl və ya axır qaytarmalısan. Bunun əvəzi yorğunluq, yuxusuzluq, əsəbilik və depresiya ilə ödənir.

İnterpress.az Avropa.info-ya istinadən xəbər verir ki, enerji içkilərindən istifadə arterial təzyiqin artmasına və qanda şəkərin yüksəlməsi ilə nəticələnir, həmçinin taxikardiya, psixomotor oyanma, əsəbilik, depressiv vəziyyət yaradır.

Bu içkilər ümumiyyətlə hamilələrə, uşaqlara və yeniyetmələrə, yaşlı adamlara, hipertoniklərə, ürək amar xəstəliyi olanlara, qlaukomada, yuxu pozğunluğunda, əsəbilikdə və kofeinə qarşı həssaslıq zamanı istifadəsi qəti olaraq qadağandır.

Mütəxəssislərin fikirincə, Azərbaycan səhiyyəsində yaxın 5 ildə xərçəng xəstələrnin sayı bir neçə dəfə artmış olacaq. Belə ki, mütəxəssislər qeyd edirlər ki, enerji içkiləri orqanizmin müqavimət gücünü həddindən artıq xərclədiyi üçün bu cür dəhşətli xəstəliklərə qarşı immunitet zəif olur.

Fransa, Danimarka və Norveçdə «energetiklər»in mağazalarda satışı qadağandır. Onlar dərman vasitəsi hesab olunduğu üçün ancaq apteklərdə satılır. İsveçrədə isə enerji içəcəklərindən sonra vəfat edən şəxslərin istintaqına başlayıblar.

Ümumdünya Səhiyyə Təşkilatı da tərkibində natrium benzoat, kofein və amin turşusu kimi maddələr olan içkilərin təhlükəli ola biləcəyini qəbul edib.

Amerikalı mütəxəssislər iddia edirlər ki, tərkibinə müxtəlif qatqılar qatılan enerji içkilərinin istehsalından və geniş yayılmasından sonra ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı sürətlə artıb.

Artıq Türkiyədə enerjili içkilərin satışının qadağan edilməsi ilə bağlı mətbuatda təkliflər səsləndirilir. Azərbaycanda isə bu içkilərdən daha çox gənc nəsil istifadə edir. Təssüf ki, bu içkilərdən istifadə yaşlı insanların arasında da artmağa başlayıb.

Kardioloqlar bildirir ki, enerji içkilərinin əsas təhlükəsi onların siqaret kimi asılılıq yaratmasıdır: “Enerji içkilərindən sonra ürək döyüntülərinin sürətlənməsi, qan təzyiqinin artması təbii ki, ürəyin yüklənməsi ilə nəticələnə bilər. Araşdırmaçılar hətta bu içkilərin siqaretdən daha təhlükəli olduğunu sübut edən faktlar ortaya qoyurlar. Enerji içkiləri insan beynində oyanıqlığa səbəb olur. Sübut olunub ki, bu içkilərdən istifadə edənlər yaddaş dağınıqlığından, yuxusuzluqdan şikayətlənirlər”.

İstehsalçılar vurğulayır ki, onların istehsal etdiyi içkilər ancaq fayda verir və içkilər daima təkmilləşdirilir, yeni çeşidlər buraxılır. Sual yaranır: əgər hər şey belə “sağlam” və düzgündürsə, nəyə görə bəzi ölkələrin qanunvericiliyi bu içkilərin geniş istifadəsini və bazarda yayılmasını məhdudlaşdırır?

Energetik içkilərin tərkibində olan tonikin enerji artırması fikri tamamilə yanlışdır. Sadəcə tonik insanın “sonraya saxlanmış” mövcud enerji ehtiyatlarının “qənaət etmədən” sərf edir, monları aktivləşdirir. Tonikin təsiri keçəndən sonra insan 2 qat yorğunluq keçirməklə yanaşı, həmdə qıcıqlanma və yuxusuzluq keçirir.

Tonikin tərkibində olan kofein bütün stimulyatorlar kimi əsəb sistemini tədricən pozur, vərdiş yaradır. Energetik içkilərin tərkibində olan aşırı dozada B vitamini sürətlənmiş ürək döyüntülərinə və əllərdə titrəməyə səbəbə olur.

Tanınmış endokrinoloq Səmayə Əliyeva isə enerji içkilərinin əslində insanın ölümünə səbəb ola biləcəyini deyir.

“Araşdırmalara görə, bütün mağazalarda satılan bir banka enerji verən içkinin tərkibində 0,5 l su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid və bəzi vitaminlər var. Tibbi araşdırmalar göstərir ki, televiziyaların “qanadlandırıcı” kimi reklam etdiyi adlarını çəkdiyiniz içkilər əslində daha çox, insanı öldürür. Onların insana əlavə enerji verməsi ilə bağlı iddialar yanlışdır. Yəni, əslində bu içki insana enerji vermir, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Gec-tez biz bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində faizlə geri qaytarırıq. Aminturşular, karbon oksid, mineral və vitaminlərə gəlincə isə, onlar enerji sərfinin bir hissəsini ödəyir. Alkoqolsuz energetik içkilərində sintetik kofeinin miqdarı gündə istifadəyə icazə verilən 150 mq dozadan yuxarı olub, 320 mq/l-a qədər təşkil edir.

İstənilən başqa stimulyator kimi, kofein də əsəb sisteminin gərilməsinə gətirir. Onun təsiri orta hesabla 3-5 saat qalır. Bundan başqa, kofein insanda asılılıq yaradır. Mümkün dozanın aşılması halında əlavə təsirlər meydana çıxır: taxikardiya, əsəbilik psixoloji gərginlik və depressiyaya səbəb olur” – Səmayə Əliyeva belə deyir.

Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda bir qədər ucuz olduğu üçün, daha çox “Hell” enerji içkisindən istifadə edilir. “Hell Energy International Ltd” Macarıstan şirkətidir və mərkəzi ofisi də “Karoly krt 1 Budapest” ünvanda yerləşir. Şirkət 2006-cı ildən “Hell” içkisi istehsal edir. Bu içki dünyanın bir sıra ölkələrində o qədər də populyar olmasa da, Azərbaycanda ən çox “Hell”dən istifadə edilir. Maraqlı burasındadır ki, “Hell” içkisi dünyanın bir sıra ölkələrində daha baha qiymətə satılmasına baxmayaraq, Azərbaycanda daha ucuz qiymətə satılır. Mütəxəssislərin fikirincə, bu Azərbaycana gələn “Hell” içkisinin tərkibinin daha zəif olması ilə əlaqədardır. Yəni Macarıstandakı şirkətə “Hell” içkisi sifariş edən azərbaycanlı partinyorlar, bu içkini daha ucuz satmaq üçün, tərkibinin zəiflədilməsini istəyirlər. Bu da içkinin daha da keyfiyyətsiz olması ilə nəticələnir.

Digər maraqlı məqam isə”Hell Energy International Ltd” şirkətinin istehsalı olan “Hell” enerji içkiləri Azərbaycanda “Halal” loqotipi ilə satılmasıdır. İçkinin 250 millilitrlik dəmir bankalarında belə nişan var. “Sports Fantastic Edition” seriyasından olan “Hell Classic” içkisinin “halal” loqosu ilə satılmasının məntiqini anlamağa çalışsaq da, mümkün olmadı. Maraqlı olan digər məqam isə Azərbaycanda satılan “Hell” içkilərinin qutularının üzərində istehsal olunduğu müəssisə və məkanın aydın yazılmamasıdır./Avropa.info/

İnterpress.az