Büdcə müzakirələri noyabrın 5-dən başlayırbackend

Büdcə müzakirələri noyabrın 5-dən başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda İnterpress.az-a Milli Məclisdən (MM) bildirilib.

Büdcə zərfi ilk öncə komitələrdə müzakirəyə çıxarılacaq.

İlk iclas isə noyabrın 5-də keçiriləcək.

Həmin gün MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Sosial siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, həmçinin, Regional məsələlər komitələri birlikdə büdcə zərfini müzakirə edəcəklər.

İclası MM-in İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə aparacaq.

İclasda millət vəkilləri ilə yanaşı nazirlik və dövlət komitələrinin rəsmiləri də iştirak edəcəklər.

İclasa maliyyə naziri Samir Şərifov, Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümov və digərləri qatılacaqlar.

S. Şərifov həm büdcə ilə bağlı geniş məlumat verəcək, həm də deputatların suallarını, irad və təkliflərini cavablanıracaq.

Komitə iclasları noyabrın 6-sı və 7-də də davam etdiriləcək.

Plenar iclaslarda isə müzakirələr noyabrın 13-dən başlayacaq.

İnterpress.az