Pasportunu məsciddə itirən idmançımızla bağlı xəbər varbackend

Pasportunu məsciddə itirən idmançımızla bağlı xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Taekvondo Federasiyasının milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev Oxu.Az-a açıqlamasında qarşıdakı vacib yarışlar haqda məlumat verib:

“Hazırda yeniyetmələrdən ibarət yığmamız təlim-məşq toplanışındadır. Onları İspaniyanın paytaxtı Madriddə Avropa çempionatı gözləyir.

22-23 noyabrda isə böyüklərdən ibarət komandalar arasında BƏƏ-də Qran Prinin finalı olacaq. Komandamızdan Olimpiya çempionumuz Radik İsayev və Milad Beiqi Harçeqani öz çəkilərində ilk “onluq”da yer aldıqlarından, ora dəvət olunub. Qazandıqları qələbə onlara Olimpiadaya vəsiqə baxımından səksən xal qazandıracaq.

Dekabrda isə böyüklərdən ibarət komandamızı Dünya Kuboku gözləyir. Oğlanlardan ibarət komandamız beş nəfərlə təmsil olunacaq. Qızlarda yetərsay olmadığından ayrıca yarışlarda iştirak etməyəcəklər. Amma qarışıq komandaların yarışında iki oğlan və iki qız idmançı ilə mübarizə aparacağıq.

Niyaməddin Paşayev İngiltərədə keçirilmiş Qran Priyə gedərkən pasportunu itirmiş dağıstanlı legionerimiz Patimat Abakarovadan da danışıb:

“Çox təəssüf olsun ki, o, Mançester Qran Prisinə gedərkən İstanbulda pasportunu itirdi. İngiltərəyə təyyarəmizin uçması üçün iki saat yarım vaxt vardı. Patimat İstanbulda məsciddə pasportunu itirdi. Polisə müraciət etdik, anons verildi, lakin pasportu tapa bilmədik. Bu üzdən o, geri dönəsi oldu. Hazırda ona yeni pasport alınıb. Biz yarışdan qayıdanda İstanbulda yenidən pasportun tapılıb-tapılmadığını soruşduq. Amma tapılmadı”.

İnterpress.az