Tovuzda kişini qatar vurub öldürdübackend

Tovuzda kişini qatar vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Report-a istinadən xəbərinə görə, hadisə dəmir yolu xəttinin Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi hərəkətdə olan qatarın altında qalaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

İnterpress.az