Hansı risklərlə üz-üzəyik?backend

Hansı risklərlə üz-üzəyik?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov büdcə müzakirələrində suallara və iradlara cavab verərkən bildirib.

“Yeni büdcə qaydasına riayət etsək, özümüzü təhdidlərdən qorumuş olacağıq. İqtisadi siyasətimizi həyata keçirərkən diqqətli olmalıyıq”, – deyən nazir bildirib ki, Dövlət Neft Fondundan (DNF) büdcəyə transfert tədiyyə balansı və valyuta bazarının tənzimlənməsində böyük rola malikdir:

“Fond valyuta bazarına müyyən səviyyədə vəsait çıxarmalıdır ki, bazarda xarici valyutaya tələbat tam və dolğun təmin olunsun. Bu məsələni nəzərdən qaçırmamalıyıq. Belə ki, transfert dövlətin xərclərinin orta və uzunmüddətli həyata keçirilməsinə xidmət edirsə, digər tərəfdən böyük həcmdə xarici valyutanın bazara çıxarılmasının qaşısını almalı və həmin optimal səviyyəni qarşılamalıdır”.

S.Şərifov gəlirlərlə bağlı risk faktorlarına da toxunub:

“Yeganə risk faktoru digər neft gəlirlərindən əldə ediləcək daxilomalarımızla bağlı ola bilər. Burada söhbət mənfəət vergisindən gedir. Bunun da ödəyicisi SOCAR-dır. SOCAR-ın isə xarici valyutada daxilolmaları o qədər yüksək deyil. Əvvəl daha çox neft məhsullarını xarici bazarlara yönəldirdisə, hazırda daxili istehlakımız kifayət qədər yüksək sürətlə atrır. Nəticə etibarilə məhsullarını daxili bazarda satır. Daxili bazarda isə vergilərimiz Vergilər Nazirliyi tərəfindən müvafiq qaydada yığılacaq”.

Nazir bildirib ki, digər risk neftin qiymətinin azalacağı təqdirdə beynəlxalq konsorsiumlar tərəfindən ödənilən mənfəət vergisinin azalması ola bilər:

“Biz bunu əhəmiyyətli risk kimi qiymətləndirmirik”.