Rusiyada iki azərbaycanlı mühakimə edildibackend

Rusiyada iki azərbaycanlı mühakimə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Kalujsk vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ötən ilin noyabrında iki azərbaycanlı sürücüyə hücum edərək, onu döyüb və 400 min rubl (təxminən 6 min dollar) pulunu götürərək, aradan çıxıblar.

Saxlanılan şəxslər özlərini qismən təqsirli biliblər. Cəbrayılov və Mahmudov deyiblər ki, hadisəni törətməkdə məqsədləri təsadüfi tanışlarına borclarını qaytarmaqda kömək etmələri olub. Onlar da hücumda iştirak edib, hazırda həmin adamların şəxsiyyəti müəyyənləşdirilir.

Məhkəmənin qərarı ilə Cəbrayılov səkkiz il, Mahmudov isə doqquz il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az