Ankarada Türk Şurasının diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin üçüncü iclası keçirilir – FOTObackend

Ankarada Türk Şurasının diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin üçüncü iclası keçirilir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi ilə baş tutan iclasda Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Türk Şurasının baş katibi Bağdad Amreev iclasın gündəliyində duran məsələlər barədə məlumat verib. O, toplantıda quruma üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi və vahid strategiyanın qəbul edilməsinə dair mühüm qərarlar olacaq.

Tükiyənin mədəniyyət və turizim naziri Mehmet Nuri Ərsoy bildirib ki, iclasda Türkiyə-Azərbaycan, həmçinin Türkiyə-Qazaxıstan arasında əməkdaşlığın inkişafı, türkdilli ölkələrin bu sahədəki təcrübə imkanlarının paylaşılması məqsədilə Anlaşma Memorandumu imzalanacaq.

Qeyd edək ki, toplantı çərçivəsində Tükiyənin mədəniyyət və turizim naziri Mehmet Nuri Ərsoyla diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib.

İnterpress.az