Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Şirvanda iki uşaq tüstüdən boğularaq öldü

Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Dərc edilib: 9 noyabr 2018 [00:18]
Baxış sayı: 12178

İnterpress.az xəbər verir ki, şəhər sakini Əbilov Davuda məxsus fərdi yaşayış evində olub.

Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib.

Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı - 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 44