Amaliya Pənahovaya vida…backend

Amaliya Pənahovaya vida…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, vida mərasimində dövlət rəsmiləri, sənətçilər və bir sıra şəxslər iştirak edib.

Müxtəlif ölkələrin səfirlikləri, universitetlər, nazirliklər və digər qurumlardan gələn əklillər Pənahovanın məzarı başına qoyulub.

Sənət nümayəndələri Xalq artistinin ailəsinə başsağlığı verib, sənətçinin dərin ehtiramla yad ediblər.

Sənətçi Akademik Milli Dram Teatrından alqışlarla yola salınıb. Bakı Bələdiyyə Teatrının aktyorları və aktrisaları rəhbərlərinin son mənzilə yola salınmasını ağlayaraq izləyiblər.

Qeyd edək ki, Xalq artisti 73 yaşında vəfat edib.

İnterpress.az