“Yeni Müsavat” qəzetinin nəşrə başlamasından 29 il ötürbackend

“Yeni Müsavat” qəzetinin nəşrə başlamasından 29 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qəzet 1989-cu il noyabrın 7-də “Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyası”nın mətbu orqanı kimi yaradılıb.

Qəzetin qurucusu indiki baş redaktor Rauf Arifoğludur. Qəzetin ilk sayı 1989-cu il noyabrın 10-da dərc olunub. Qəzet 1989-91-ci illər ərzində “samizdat” üsulu ilə çıxıb, əsasən Gəncədə və Bakıda yayılıb.

1993-cü ilin mart ayından qəzetin təsisçiliyini “Müsavat” Partiyasının başqanı İsa Qəmbər öz üzərinə götürüb. 2009-cu il noyabrın 8-də İsa Qəmbər qəzetin 20 illik yubileyində təsisçiliyi Rauf Arifoğluna təhvil verib.

Bu münasibətlə “Yeni Müsavat” qəzetinin kollektivini təbrik edirik.

www.İnterpress.az