Göygöldəki qəzada sərnişin öldübackend

Göygöldəki qəzada sərnişin öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 9-da saat 20 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində Röyal Hacıyevin və Elməddin Abdullayevin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nətiсədə R.Hacıyevin sərnişini, Qızılca kənd sakini Xalidə Bağırova hadisə yerində ölüb, E.Abdullayevin sərnişini Ruslan Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az