Hövsanda ağır yol qəzası: Xəsarət alanlar varbackend

Hövsanda ağır yol qəzası: Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, “Mitsubishi” markalı avtomobillə “Moskviç” markalı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Yaralılardan biri, 1955-ci il təvəllüdlü Hövsan qəsəbə sakini Mövlanov Səməd Əbülfəz oğluna döş qəfəsinin travmatik əziyi və qabırğalarının sınığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu və reanimasiyada saxlanıldığı bildirilib.

Digər iki nəfərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı 30-cu Polis Bölməsində araşdırma aparılır.

İnterpress.az