Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanlı model dünyaca məşhur “Cosmopolitan” jurnalında

Dünyaca məşhur “Cosmopolitan” jurnalının Türkiyə bölməsi oraya altı müxtəlif ölkədən köçüb karyera quran modellərdən müsahibə alıb.

Dərc edilib: 12 noyabr 2018 [10:47]
Baxış sayı: 13369

İnterpress.az xəbər verir ki, onların sırasında azərbaycanlı model Elxan Əliyev də yer alıb.

Bir ildir Türkiyəyə köçdüyünü bildirən model jurnala müsahibəsində aktyor olmaq istədiyini deyib.

“Gəlməmişdən öncə Azərbaycanda Türkiyə kanallarına baxırdım. Düşündüm ki, mənim üçün maraqlı təcrübə olacaq. Burada yaşamağı sevdim və qalmağa qərar verdim. Hazırda aktyor olmaq üçün çalışıram”, - deyə Elxan bildirib.


Qeyd edək ki, Elxan Əliyev Ziynet Sali, İrem Derici kimi müğənnilərin klipində də rol alıb.

Türkiyənin məşhur eynək brendlərinin birinin reklam çarxında çəkilib və fotoları qardaş ölkənin müxtəlif bölgələrində bilbordlara vurulub.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 47