Futbol millimizin heyəti açıqlandı: Əfran İsmayılov yenidən yığmadabackend

Futbol millimizin heyəti açıqlandı: Əfran İsmayılov yenidən yığmada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov UEFA Millətlər Liqası çərçivəsində noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adaları, 20-də isə səfərdə Kosovo yığması ilə keçirəcəyimiz oyunlar üçün milliyə 24 futbolçunu dəvət edib.

Heyətdə diqqətçəkən məqam “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılovun uzun müddətdən sonra yığmaya dəvət edilməsidir. “Qarabağ”ın digər sabiq futbolçusu Rauf Əliyevin əvəzinə isə Azərbaycan Premyer Liqasının lideri “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov yığmaya cəlb olunub:

Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Səbail”);

Müdafiəçilər: Maksim Medvedev, Bədəvi Hüseynov, Rahil Məmmədov (hər üçü “Qarabağ”), Şəhriyar Əliyev (“Sumqayıt”), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi “Qəbələ”), Tural Axundov (“Neftçi”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);

Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Əfran İsmayılov (“Sumqayıt”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Rişard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nəzərov (“Ertsqebirqe”, Almaniya);

Hücumçular: Mahir Mədətov (“Qarabağ”), Mirabdulla Abbasov (“Neftçi”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Ruslan Qurbanov (“Səbail”).

İnterpress.az