Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Türkiyədə Azərbaycanlı iş adamının villasında meyit tapıldı

Türkiyədə azərbaycanlı iş adamının bağ evində bağban işləyən şəxs quyuya düşərək ölüb

Dərc edilib: 12 noyabr 2018 [11:51]
Baxış sayı: 17817

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Sarıyer rayonunda azərbaycanlı iş adamının malikanəsində bağban kimi çalışmış 57 yaşlı Rəcəb Çəlikərin cəsədi su quyusundan tapılıb.

Hadisə Sarıyerdə Meşəburnu prospektində yerləşən tarixi villada baş verib. Villada işləyən digər işçilər bağbandan xəbər ala bilməiblər və onun axtarışlarına başlayıblar.

Xilasetmə əməkdaşlarının səyi nəticəsində cəsəd quyudan çıxarılaraq, morqa göndərilib.

Villa sahibinin azərbaycanlı olduğu bildirilsə də, adı açıqlanmır.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 47