Mətbuat Şurası: Çap məhsulları üzərindən ƏDV götürülsünbackend

Mətbuat Şurası: Çap məhsulları üzərindən ƏDV götürülsün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az məlumat verir ki, bunu Milli Məclisin plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Ə.Amaşov qeyd edib ki, verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq.

O, təhsil sahəsinə ayrılan maliyyənin artırılmasını təklif edib.

“Bu vəsait azərbaycandilli məktəblərdə dərsliklərin daha müasir hazırlanmasına sərf edilsin. Son zamanlar müzakirələrə səbəb olan məsələlər bunu tələb edir. Bu məktəblər güclü olmalıdır ki, övladlarını digər dillərdə olan məktəblərə göndərən valideynlərin bəhanəsi olmasın”, – deyə millət vəkili əlavə edib.

İnterpress.az