Azərbaycanlı tələbə qız üstündə qətl törətdibackend

Azərbaycanlı tələbə qız üstündə qətl törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “udf.by” nəşrinə istinadən xəbərinə görə, hadisə noyabrın 12-də axşam saatlarında baş verib.

Belarus Dövlət Aviasiya Akademiyasının ikinci kurs tələbəsi azərbaycanlı Rüstəm Rəhimov 21 yaşlı Minsk sakininə bir neçə bıçaq zərbəsi endirib. Sonuncu aldığı xəsarətlərdən yerindəcə ölüb. 18 yaşlı R.Rəhimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Nəşr qeyd edir ki, iki gənc arasında mübahisə birinci kurs tələbəsi olan qız üstündə düşüb.

Belarus vətəndaşı Rəhimovdan qızdan əl çəkməsini istəyib, Rüstəm isə onunla görüşüb münasibətlərə aydınlıq gətirməyi təklif edib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az