Şimali Kipr Türk Respublikasının yaranmasından 35 il ötürbackend

Şimali Kipr Türk Respublikasının yaranmasından 35 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az -ın məlumatına görə 1974-cü ildə adada alovlanan müharibə nəticəsində Kipr iki yerə bölünüb. Türk icmasının adanın şimalında yaratdığı dövlət 1975-ci ildən 1983-cü ilədək Kipr Türk Federativ Dövləti adlanıb. 1983-cü ildə Şimali Kipr Türk Respublikasının yarandığı elan edilib. Ötən müddətdə Kipr türklərinin dövləti sadəcə Türkiyə tərəfindən tanınsa da, ayrı-ayrı ölkələrlə müxtəlif səviyyələrdə əlaqələr qurub, TÜRKSOY-da təmsil olunur, qurumun mədəniyyət tədbirlərinə ev sahibliyi edib.

Kipr adası dünyanın tanınmış turizm məkanıdır, o cümlədən Şimali Kiprdə turizm infrastrukturu geniş inkişaf edib. Bu imkanlar azərbaycanlı turistləri cəlb edir.

Ərazi 3300 km olan ŞKTR-nın paytaxtı rəsmən Nikosiya hesab edilir. Ancaq faktiki paytaxtı Lefkoşadır. Övlət dili Türk Dilidir və müəlman dövlətidir. Şimalda Dipkarpaz, qərbdə Gözəlyurd, cənubda Akınçılara doğru ŞKTR torpaqları yayılır. Şimali Kipr Türk Respublikası ilə adanın yunan hissəsi arasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin yerləşdirildiyi bufer zonası – \”Yaşıl xətt\” vardır. Cənubda Kipr Respublikası ilə həmsərhəddir.

Bu adanın tarixinə gəlincə, bir çox dövlətlərin əsarəti altında olan Kipr eramızdan əvvəl 1500-cü illərdə Qədim Misirin idarəsi altında olub. Eramızdan əvvəl 333-cü ildə müharibədə farsları məğlub edən Makedoniyalı İskəndərin idarəsi altına keçib. Bu tarixdən sonra adada yunan mədəniyyəti inkişaf etməyə başlayıb. Eramızdan əvvəl 58-ci ildə ada Roma İmperiyasının vilayəti şəklinə düşüb və 350 il boyu Roma İmperiyasının əsarətində qalıb.

Sonralar Kipr adası Osmanlı dövlətinə aid gəmilərə silsilə hücumlar həyata keçirən xristian dəniz quldurlarının məkanına çevrilib. Bu dəniz quldurları əsasən dəniz ticarət gəmilərinə və həccə gedən sərnişinləri daşıyan gəmilərə hücumlar təşkil ediblər. Bunun üçün Kipr adasının nəzarətə götürülməsi bir tarixi ehtiyac kimi gündəmə gəlib. 01 İyul 1570 – 01 Avqust 1571 tarixlərində II Səlimin hökmdarlığı zamanı Lələ Mustafa Paşanın komandanlığı altındakı ordu və Piyale Paşanın dəniz donanmasının birgə hücumu ilə Osmanlı dövlətinin idarəçiliyinə keçib. Kiprin fəthi ilə Şərqi Aralıq tamamilə Osmanlı dövlətinin nəzarətinə keçib. 15 Sentyabr 1570-ci ildə Lələ Mustafa Paşa təntənəli şəkildə Lefkoşa şəhərinə daxil olub. Kiprin fəth edilməsi zamanı adada çox az sayda rumlu olub. 1571-ci ildə adada siyahıya alınma keçirilmiş və 150 000 əhali qeydə alınıb. Adadakı türk əsgərinin sayı isə 30 000 nəfər olub.

XX əsrdə Kiprdə vəziyyət daha qaynar və maraqlı olub. Belə ki, 1974-cü ildə başladılan Kipr Hərəkatının nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradıldı. 15 Noyabr 1983-cü ildə isə Şimali Kipr Türk Cümhuriyyəti öz müstəqilliyini bəyan edib.

Şimali Kipr Türk Cümhuriyyəti rəsmi adı ilə təkcə Türkiyə tərəfindən tanınıb. İlk illər Pakistan və Banqladeş Şimali Kipri tanısalar da, daha sonradan beynəlxalq təzyiqlər altında bu fikirdən geri çəkiliblər. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb, Azərbaycan Şimali Kiprin müstəqilliyini məlum səbəblərdən hələki tanımasada Bakıda KKTC-nin rəsmi təmsilçiliyi fəaliyyət göstərir. Rəsmi olaraq müstəqilliyini tanımasalar da, dünyanın bir çox dövləti ŞKTC ilə münasibətlər qurmaqdadır. Hal-hazırda Şimali Kiprdə Türkiyə səfirliyi, Azərbaycan, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ təmsilçilikləri, Fransa Mədəniyyət Dərnəyi və Avropa Birliyinin dəstək ofisi fəaliyyət göstərir.

Qeyd edək ki hər il 15 noyabr Şimali Kipr Türk Respublikasının Cumhuriyyət günü Bakıda təntənəli şəkildə qeyd edilir.
Tədbirdə Şimali Kipr Cümhuriyyətinin səfiri Ufuk Turganer, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, iş adamları, ictimaiyyət nümayəndələri və media rəhbərləri iştirak edirlər.

Toğrul Allahverdili

İnterpress.az