Deputat AzTV və İctimai TV-dən narazılıq etdibackend

Deputat AzTV və İctimai TV-dən narazılıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxışında deyib.

O, bu məsələdə AzTV-dən və İctimai TV-dən narazılığını ifadə edib:

“AzTV ancaq komitə sədrlərinin çıxışları efirdə verir. Ancaq deputatların çıxışından heç nə vermirlər. Həftədə parlamentlə bağlı bir saatlıq çıxış verilir. Amma yenə də deputatların nə danışdığı bilinmir.

İctimai TV isə bizdən ümumiyyətlə heç nə vermir. Hansı ki büdcə və vergilər hesabına maliyyələşir. Biz bəzən jurnalistlərə foyedə açıqlama verməli oluruq. Çox hallarda soyuq havalarda parlamentin həyətində danışmaq məcburiyyətində qalırıq. Bu da yaxşı deyil. Yaxşı olardı ki, bizə bununla ayrıca otaqlar verilərdi”.

Buna cavabında spiker Oqtay Əsədov belə deyib:

“Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur”.

İnterpress.az