Bakıda Azərbaycan – Ukrayna işgüzar görüşü keçirilibbackend

Bakıda Azərbaycan – Ukrayna işgüzar görüşü keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, tədbirdə hər iki tərəfdən sənaye, tikinti, turizm və s. sahələrdə fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edib.

AZPROMO rəhbərinin müşaviri Nəcmin Həsənli Azərbaycanda xarici investorlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Azərbaycan və Ukrayna iş adamları arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə təşkil olunan tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb, tədbirdə iştirak edən sahibkarları fəal əməkdaşlığa dəvət edib.

Ukraynanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını vurğulayıb, Ukraynanın biznes imkanlarına dair məlumat verib.

Sonra Azərbaycanın və Ukraynanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatlar keçirilib.

İnterpress.az