İki futbolçusunu 140 milyona satırbackend

İki futbolçusunu 140 milyona satır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”El Mundo Deportivo\” xəbər verir ki, Amsterdam təmsilçisi Frenki de Yonq və Mattis de Lit üçün tələb etdiyi məbləği də açıqlayıb.

İddia olunur ki, \”Ayaks\” iki futbolçu üçün 140 milyon avro tələb edir. \”Mançester Siti\” və \”Barselona\” bu iki futbolçunu birlikdə transfer etmək istəyir. Onlarla həmçinin \”Yuventus\” və PSJ də maraqlanır.

Qeyd edək ki, \”Transfermarkt\” Mattis de Litə 50 milyon avro qiymət qoyub. 19 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə 23 rəsmi oyuna çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

\”Transfermarkt\” Frenki de Yonq üçün isə 40 milyon avro transfer qiyməti müəyyənləşdirib. 21 yaşlı yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 21 rəsmi oyunda 2 qola imza atıb.

İnterpress.az