Azərbaycanın NATO yanında nümayəndəliyinin yeni rəhbəri kimdir?backend

Azərbaycanın NATO yanında nümayəndəliyinin yeni rəhbəri kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən İnterpress.az-a bildiriblər ki, görüşdə nümayəndəliyin rəhbəri Q.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını baş katibə çatdırıb.

Görüşdə Azərbaycan ilə NATO arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Q.Məmmədov Azərbaycanın NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramında iştirakına böyük əhəmiyyət verdiyini bildirib, ölkəmizin Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması sahəsində NATO ilə birgə səylərini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

Q.Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə sülh prosesi barədə məlumat verib, NATO-nun son Brüssel Zirvə Toplantısının yekun bəyanatında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə ifadə edilən dəstəyin və münaqişənin bu prinsiplər əsasında həllinə çağıran mövqeyinin təqdir edildiyini vurğulayib.

NATO-nun baş katibi Y.Stoltenberq Prezidenti Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib. Baş katib Azərbaycan-NATO əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, Azərbaycanı Alyansın etibarlı tərəfdaşı adlandırıb. O, Azərbaycan tərəfindən NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək əməliyyatına, eləcə də Əfqan ordusu üzrə Etimad Fonduna verilən töhfələrə görə təşəkkürünü bildirib.