Yoxa çıxan 21 yaşlı qız 40 gün sonra Bakıda tapıldıbackend

Yoxa çıxan 21 yaşlı qız 40 gün sonra Bakıda tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qax Rayon Polis Şöbəsinə şəhər sakini, ruhi xəstə, 21 yaşlı Zibeydə Əhmədovanın oktyabrın 19-da itkin düşməsi barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Qax RPŞ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədova paytaxtın Nəsimi rayonu ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib.

İnterpress.az