Yerevanda Toqquşmabackend

Yerevanda Toqquşma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, noyabrın 29-da yüzə yaxın kommunist Ermənistanın sovetləşməsinin 98 illiyini qeyd etmək istəyib.

Onlar Respublika meydanı yaxınlığındakı 26 Bakı komissarlarının lideri Stepan Şaumyanın, eləcə də “Qızıl ordu” döyüşçülərinin heykəlləri önünə gül qoymaq isəyiblər. Bu zaman avropayönümlülər onlara hücum edib.

Tədbir Ermənistan Kommunist Partiyası tərəfindən təşkil edilibmiş. Onlara Ermənistan Mütərəqqi Kommunist Birliyi Partiyası və Sosialist Yolu Partiyası da qoşulub. Onlar həmin heykəllərin önünə gül dəstəsini bir yerdə qoyublar.

Bir müddət polisin müşahidəsi ilə Ermənistanın Avropaya inteqrasiyası tərəfdarları 102 saylı Rusiya hərbi bazasının ölkədən çıxarılması tələbi ilə əllərində şüarla yürüş keçiriblər. Plakatda “Ermənistan azad deyil, işğal olunub!” şüarı yazılıb. Bu kommunistlərin qəzəbinə səbəb olub.

İnterpress.az