Məşğulluq Mərkəzinin keçmiş direktoru dələduzluqda ittiham edilirbackend

Məşğulluq Mərkəzinin keçmiş direktoru dələduzluqda ittiham edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, Q.Abbasov vəzifədə işlədiyi 2008-2015-ci illərdə Adıgözəl İsgəndərovla aralarında yaranan dost münasibətindən istifadə edərək, onu işə düzəltmək adı ilə ayrı-ayrı vaxtlarda ümumilikdə 16 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

Bildirilir ki, Q.Abbasov, söz verdiyi kimi, dostunu işə düzəltməyib.
Bundan sonra A.İsgəndərov hüquq-mühafizə orqanlarına müraciət edib.

Q.Abbasova qarşı istintaq orqanı tərəfindən dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.

İnterpress.az