Hesablama Palatasının gələn il üçün xərclər smetası təsdiqlənibbackend

Hesablama Palatasının gələn il üçün xərclər smetası təsdiqlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, \”Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında\” qanun layihəsində Palata üzrə xərclər smetasının ümumi məbləği 4 368 941 manat proqnozlaşdırılıb. Bununla da, Hesablama Palatasının gələn il üçün saxlanma xərcləri 13,42% artırılıb.

Qanun layihəsində Hesablama Palatasının xərclər smetası ilə bağlı əməyin ödənişi 3 683 978 manat, Hesablama Palatası işçilərinin əməkhaqqı 2 275 832 manat, ştatdan kənar işçilərin əmək haqqı 55 080 manat, əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri 667 873 manat, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 659 733 manat, icbari dövlət sığortası 12 525 manat, işsizlikdən sığorta 12 935 manat, malların (işlərin və xidmətlərin satın alınması) 543 353 manat, dəftərxana və təsərrüfat xərcləri 18 290 manat, mətbəə xərcləri 16 100 manat, İdarənin xərcləri 13 000 manat, cari təmir 13 500 manat, mühafizə xərcləri 70 315 manat, ölkədaxili ezamiyyələr 60 000 manat, xarici ezamiyyələr 84 500 manat, yanacaq və sürtkü materiallarının alınması 92 588 manat, digər nəqliyyat xidmətləri 49 800 manat, elektrik enerjisi haqqının ödənilməsi 23 100manat, qaz haqqının ödənilməsi 10 000 manat, su haqqının ödənilməsi 2400 manat, istilik enerjisi (yanacaq) haqqının ödənilməsi 6 000 manat, kanalizasiya xidmətləri haqqının ödənilməsi 2400 manat, digər kommunal xidmətlər haqqının ödənilməsi 7 900 manat, kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər 2 000 manat, ölkədaxili telefon danışıq haqlarının ödənilməsi 18 500 manat, beynəlxalq telefon danışıq haqlarının ödənilməsi 500 manat, poçt xidmətlərinin ödənilməsi 3 200 manat, internet xidməti haqqının ödənilməsi 14 160 manat, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması 500 manat, inventarların alınması 4 000 manat, avadanlığın alınması 8 000 manat, digər alışlar və xidmətlər 22 600 manat, təqaüdlər və sosial müavinətlər 72 500 manat, müavinətlər üzrə ödənişlər 45 000 manat, iş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər 27 500 manat, digər xərclər 34 962 manat, sair xərclər 23 919manat, bank xərcləri 11 043 manat, qeyri-maliyyə aktivlərinin alınması 34 148 manat, digər maşın və avadanlıqlar 25 000manat, istehsalda istifadə olunmayan qeyri-maddi aktivlər 9 148 manat səviyyəsində proqnozlaşdırılıb.

İnterpress.az