Oqtay Əsədovdan MARAQLI REPLİKA – “Deyəsən dərmanın dozası yuxarı olub”backend

Oqtay Əsədovdan MARAQLI REPLİKA – “Deyəsən dərmanın dozası yuxarı olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müzakirələrə qatılan deputat Tahir Kərimli sözügedən qanunda ölkədə yaşayan etnik qrupların dilindəki sözlərdən istifadə olunmasını təklif edib.

Deputat Tahir Kərimli qanunda “özəl” sözünün “xüsusi”, “effektiv” sözünü isə “səmərəli” sözləri ilə əvəz olunmasını zəruri sayıb:

“Biz dilimizi qorumalıyıq. Biz qanunda Azərbaycanda yaşayan xalqların sözlərindən istifadə etməliyik. Türkiyə türkcəsindən deyil, Azərbaycanda yaşayan etnik azlıqların sözlərindən götürməliyik”.

Kərimlinin təklifi barədə danışan deputat Musa Urud bildirib ki, deputatlarımızın dilimizi qılınc-qalxanla müdafiə etmələri müsbət haldır:

“Ancaq sözlərin işlənmə yerləri var. Hər yerdə “effektiv” sözünü “səmərəli” sözü ilə əvəz etmək olmaz. Bunlar tibbi məsələlərdir”.

Parlamentin spikeri Oktay Əsədov müzakirələrə maraqlı replika ilə müdaxilə edib:

“Deyəsən, dərmanın dozası yuxarı olub, dərman qalıb kənarda, qanunla bağlı dili müzakirə edirik”.

İnterpress.az