AVRO-2020-nin püşkatma mərasimində Azərbaycan geniş heyətlə təmsil olunacaqbackend

AVRO-2020-nin püşkatma mərasimində Azərbaycan geniş heyətlə təmsil olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az -ın milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə AFFA geniş heyətlə təmsil olunacaq. Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva və AFFA-nın İnfrastruktur direktoru, Avro-2019-un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə koordinatorunun müavini Kamran Vəliyev qatılacaq.

Qeyd edək ki, AVRO-2020-nin 4 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan 3-ü qrup oyunları, 1-i isə 1/4 final mərhələsinin qarşılaşmasıdır. Püşkatma mərasimində AFFA nümayəndə heyətinin üzvləri çempionatla bağlı müxtəlif tədbirlərin iştirakçısı olacaqlar. Həmçinin, püşkatmadan bir gün öncə – dekabrın 1-də Dublində milli assosiasiyaların rəhbərliyi və mətbuat xidməti rəhbərləri üçün seminarlar keçiriləcək. Tədbirlərdə, müvafiq olaraq, E.Məmmədov, S.Hacıyev və F.Abdulla iştirak edəcək.

İnterpress.az