Deputat: “Mənzilinin pulunu verən hər kəs mülk sahibi olmalıdır”backend

Deputat: “Mənzilinin pulunu verən hər kəs mülk sahibi olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu vaxta qədər tikilən binalarda hər hansı məsələ ilə bağlı sakinlər söz sahibi deyil”-deyən deputat bildirdi ki, mənzil fırıldaqçılığında bütün məsuliyyətin sahibkarın üzərində qalması doğru deyil: “Sahibkarın boynuna o qədər yük qoyular ki, onlar on illərlə gəlir götürmür. Bununla yanaşı, eyni mənzilin bir neçə şəxsə satılmasında təkcə sahibkar məsuliyyət daşımır. Həmin sahibkara yenidən bu işlə məşğul olmağa imkan yaradılır. Hərənin bir himayəçisi olanda nə olar ki?”

F.Mustafa mənzil sahiblərinə qarşı haqsızlığı da diqqətə çatdırd: “Mənzilinin pulunu verən hər kəs mülk sahibi olmalıdır. Mənzil firıldaqçılığı aradan qaldırmaq üçün bu, şərtdir. Onsuz da bina tikiləndən sonra liftin, mərtəbələrin təmirini də mənzil sahibləri edir. Hesab edirəm ki, kosmetik dəyişikliklə məsəli həll edə bilmərik. Daha ciddi təkliflər irəli sürməliyik”.

İnterpress.az