Şirkət 4000$-a istənilən iPhone modelini hack edirbackend

Şirkət 4000$-a istənilən iPhone modelini hack edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu cür köməklik smartfonun aktiv edilməsi üçün nəzərdə tutulan şifrənin unudulması halında, çoxlu sayda səhv şifrənin yığılaraq smartfonun blok olunması halında və ya hansısa şəxsin vəfat etmiş yaxınının smartfonundakı məlumatların əldə olunması halında göstəriləcək. Şifrə ilə qorunan cihazdakı məlumatların bərpa edilməsində DriveSavers şirkəti dövlət orqanlarının istifadə etdikləri texnologiyadan yararlanacaq.

Şirkət öz növbəsində, foto, video, kontaktlar, mətn mesajları, səsyazmalar və qeydlər də daxil olmaqla bütün məlumatların bərpa olunmasına zəmanət verir. Bundan əlavə olaraq müştəri tamamilə aktiv edilmiş cihazı əldə edir. Şirkət həmçinin bildirib ki, o, cihazların hack edilməsi mövzusunda dövlət orqanlarına heç zaman yardım etməyəcək. iOS cihazlardan əlavə olaraq şirkət həmçinin Android, Windows və BlackBerry cihazlarında da məlumatları bərpa edir. Şirkətin bu cür xidmətinin dəyəri isə 4000$ təşkil edir.