AFFA prezidenti: Maraqlı oyunların şahidi olacağımıza əminəmbackend

AFFA prezidenti: Maraqlı oyunların şahidi olacağımıza əminəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun saytına açıqlamasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.

Federasiya rəhbəri Azərbaycan millisinin müxtəlif illərdə həm dünya çempionatının, həm də Avropa çempionatının seçmə mərhələsində bu komandalarla qarşılaşdığını söyləyib:

“Bununla belə, futbol dinamik, inkişafda olan idman növüdür. Təbii ki, hər bir milli komandanın da oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. AVRO-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm.

Millimizə həmin oyunlarda uğurlar, qələbə sevinci arzu edirəm. Avro-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdir. Final mərhələsinin dörd oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.

Interpress.az