Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Rusiyada azərbaycanlılar arasında qanlı insident

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Nadım şəhərində silahlı insident zamanı qətl törədən iki şəxsdən birini yaxalayıb.

Dərc edilib: 3 dekabr 2018 [09:16]
Baxış sayı: 5884

İnterpress.az-ın Rusiya mətbuatına istinadən xəbər verir ki, dekabrın 1-i gündüz saatlarında şəhərdəki binalardan birinin qarşısında baş verən mübahisə zamanı iki nəfər silahlı şəxs üç şəhər sakininə atəş açıb.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb. Yaralılar şəhər xəstəxanasına çatdırılıb.

Hüquq-mühafizə orqanları şübhəlilərin kimliyini dərhal müəyyən ediblər. Hər iki şəxs hadisə yerindən qaçmağa müvəffəq olub. Məlumatlara görə, şübhəlilərdən biri artıq həbs edilib.

Ona qarşı qətl və ikidən çox şəxsə qarşı sui-qəsd maddələri ilə cinayət işi açılıb. Hadisənin təfərrüatı araşdırılır. İkinci şübhəlinin saxlanılması üçün əməliyyat davam etdirilir.

“Prestupnaya Rossiya” portalı isə Nadımdakı insidentin Azərbaycandan olan avtoritetlər arasında baş verdiyini açıqlayıb. Öldürülən şəxs mütəşəkkil cinayətkar dəstənin rəhbəri olan Aqşin Həsənov, yaralılar isə qardaşlar Yalçın və Mais Məmmədovdur.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 47