Bakıda dəhşətli qəza: dörd nəfər öldübackend

Bakıda dəhşətli qəza: dörd nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, hadisə dekabr ayının 2-si gecə saatlarında Qala-Pirallahı yolunun 14-cü kilometrliyində qeydə alınıb.

Namiq Zülfüqarovun idarə etdiyi “Chevrolet” markalı, 90-RR-974 dövlət nömrə nişanlı avtomobil Ümid Alxasovun idarə etdiyi “KamAZ” markalı, 27-BM-301 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri – 1986-cı il təvəllüdlü Zülfüqarov Namiq Şinağa oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində, 1986-cı il təvəllüdlü Cəlilov Tərlan Zakir oğlu isə xəstəxanada dünyasını dəyişib.

Avtomobildə olan digər sərnişin, 1989-cu il təvəllüdlü Qəribov Emin Qəribşah oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyəti stabildir.

Faktla bağlı Pirallahı rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

İnterpress.az