Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə


Siyasət   Video  

Rusiyalı ekspert Bakını “İsgəndər”lə vurmağı təklif etdi - VİDEO

Dekabrın 1-dən 3-nə qədər Yerevanda MDB ölkələri İnstitutu tərəfindən təşkil edilən və “Lazarev klubu”nun geniş iclası keçirilib. Klubun rəhbəri isə erməniyönümlü Konstantin Zatulindir.

Dərc edilib: 3 dekabr 2018 [14:00]
Baxış sayı: 5934

İnterpress.az xəbər verir ki, bu barədə Oxu.Az-a İnformasiyalar təşəbbüsü Mərkəzinin rəhbəri, jurnalist Fuad Abbasov məlumat verib.

Onun sözlərinə görə, iclas zamanı Zatulinin müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev “Dağlıq Qarabağ zonasındakı vəziyyətin hərbi-siyasi xüsusiyyətləri” mövzusunda hesabat təqdim edib.

“Erməniyönümlü ekspert bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyünü guya erməni tərəfi Rusiyadan alınan silahlar sayəsində aradan qaldırıb”, - F.Abbasov deyib.

Yevseyevin hesabatından sitat:

“İsgəndər” operativ-taktiki kompleksləri Ermənistana Bakıya cavab zərbəsi endirməyə imkan verəcək, bu da Azərbaycan tərəfi üçün ciddi maneədir”.

F.Abbasov həmçinin Oxu.Az-a Yevseyevin iclasdakı çıxışının videosunu təqdim edib:



İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 47