Sibirdə gizli jurassic park  – Dinozavrlar geri qayıdır? VİDEObackend

Sibirdə gizli jurassic park – Dinozavrlar geri qayıdır? VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, elektron məktub yazan adam Sibirdə yerləşən Kuçitskiy hərbi bazasında xidmət etdiyini lakin təhlükəsizlik qayğılarından dolayı şəxsiyyətini açıqlamayacağını deyirdi. Kuçitskiy hərbi bazası çar rusiyasından qalma olsa da mütəmadi olaraq modernləşdirilib günümüzdədə fəaliyyətə davam edən olduqca gizli bir hərbi bazadır. 60 Km uzunluğunda və 20 km enində olan bu nəhəng hərbi bölgədə Sovet ittifaqı dövründə bir çox gizli araşdırma aparılmışdır. Ruslar Sovetlərdən qalma bir adət olaraq günümüzdə də araşdırma mərkəzlərini hərbi bazaların içərisində inşa edirlər.

Mövzumuza dönəcək olsaq gələn elektron məktubda ki iddialara görə bu hərbi bazanın altında çox inkişaf etmiş bir genetik araşdırma laboratoriyasında fil, timsah və komodo əjdaha kimi canlıların genetikalarından istifadə edilərək mamont və bəzi kiçik cins dinozavrların yenidən klonlandığı və öz aralarında cütləşdirilərək saylarını artırıldığı bazadakı parnik içinə inşa edilmiş meşə sahəsinin tellərlə çevrilərək burada Təbii həyat şəraitlərinin təqlid edildiyi lakin heyvanların təbiəti və davranışları əvvəlcədən proqnoz ediləmdiyi üçün bir neçə kiçik cins dinozavrın qaçmağı bacardığından bəhs edir.
Bu iddiaları hər hansı bir dəlillə dəstəkləmədiyi halda bir çox insan üçün kifayətdir. Çünki bu bölgədə yerli xalq tərəfindən bir çox məlum olmayan canlı növü müşahidə olub. Sibir Timesin hadisəni medyayla yayımladığından sonra Kuçitskiy hərbi bazası rəsmiləri stansiyanın içərisində bir genetik araşdırma obyektinin olmadığını açıqlayıb. Ancaq sui-qəsd nəzəriyyəçiləri bazadan alınan materialların siyahisini ələ keçirdilər. Alınan materialların böyük qismi sadəcə bir genetik laboratoriya da istifadə ediləcək şeylərdir. Ardından bir çox yerli tədqiqatçı bölgəyə gedərək stansiyanın yaxınlığında ki yaşayış məntəqələrində qonağlamağa və ətrafı müşahidə etməyə başladılar. Nəticə olaraq hazırda izlədiyinizə bənzər bir çox canlını kamerayla lentə almağı bacardılar.

İnterpress.az