Evinə qız gətirəni öldürən ömürlük məhkum: Ölüm bundan yaxşı idi – VİDEObackend

Evinə qız gətirəni öldürən ömürlük məhkum: Ölüm bundan yaxşı idi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu ARB TV-nin “Rezonans” proqramında həyatı işıqlandırılan Cansail Həsənov deyib.

Onun sözlərinə görə, evinə yanlış məqsədlər üçün gələn tanışını ödürərək ömürlük həbs cəzası alıb:

“1955-ci ildə Balaxanıda olmuşam. Cinayəti də evimdə törətmişəm. Gecə vaxtı yatdığım yerdə çağırdılar. Qonaq adı ilə tanıdığım adam gəlib. Sonradan dedi ki, tək deyiləm. Dedim yarım saatdır oturmusan burada, necə tək deyilsən.

Dedi ki, qadındır. Ona qayıdıb demişəm ki, bura olmaz, çıx, get. Mübahisə düşdü. Söyüb danışmamışam, çıxarmışam çölə. Ağır söyüşlər söyüb, demişəm, içkilidir, eybi yox. Yarım saatdan çox sakitləşdirə bilməmişəm. Əl atıb vurdu. Mən də özümdən asılı olmayaraq vurmuşam onu. Heç kimə sataşmamışam, heç kimin qarşısını kəsməmişəm.

Evimin içində ağır söyüşlər söyüb. Kim dözər? Bir gün evdə baxıblar ona, bir gündən sonra xəstəxanada əməliyyat olub. 3-4 gün yaşayıb. Məhkəmədə bildim ki, qazlı su içib yaraları partlayıb. Üç gün ərzində hamı ilə görüşüb sağollaşdım. Sonra evə gələndə gördüm ki, polis orada durub. Heç məni tanımayıblar. Siqaret çəkmişəm. Sonra dedim ki, mənim arxamca gəlmisiniz? Dedilər nə yaxşı qaçmadın? Dedim, haraya gedəcəm? Getsəm, yenə gəlməli olacam da! Onlarla çıxıb getmişəm”.

Məhkum ona verilən cəzanın ağırlığından narazı qalıb:

“Cinayət məcəlləsində 15 ilədək idi. 18 il iş kəsmişdi. 18 il olmadığına görə mənə ölüm hökmü verdilər. Bu qədər ağır cəza olmamalı idi. Heç kimə də şikayət etmirəm. Nə deyim? Bilərəkdən öldürməmişəm. Mənim evim ona görə nədir? Həbsdə olduğum müddətdə atamı, anamı, iki əmimi, cavan qardaşımı, dayımı, dayım oğlunu, iki xalam oğlunu itirmişəm. O vaxt məni öldürsəydilər, bundan yaxşı idi”.

İnterpress.az