Novruz Məmmədov aparat rəhbərini işdən çıxardıbackend

Novruz Məmmədov aparat rəhbərini işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədov müvafiq əmr imzalayıb.

Bu vəzifəyə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Hacıyev Ağa-bala Şamxal oğlu 1941-ci ildə Bakı şəhərində anadan olub.

Əmək fəaliyyətinə 1957-ci ildə Azərdəmiryolu Bakı parovoz deposunda fəhlə kimi başlayıb, daha sonra çilingər kimi çalışıb. 1960-1965-ci illərdə Xarkov Dəmir yol Nəqliyyatı üzrə Mühəndislər İnstitutunda (Ukrayna) təhsil alıb. 1965-1978-ci illərdə Azərbaycan Baş istehsalat energetika və elektrikləşdirmə idarəsinin \”Azərenerjisazlama\” müəssisəsində mühəndis, baş mühəndis olub. Sex rəisinin müavini vəzifələrində işləyib.

1978-1983-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin energetika və elektrikləşdirmə şöbəsinin müdiri, 1983-1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi (sonradan Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi) sədrinin müavini vəzifəsində çalışıb, komitənin kollegiyasının üzvü təsdiq edilmişdir. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü olub.

1991-1994–cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilib.

2003-cü ilin sentyabrından Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

A.Hacıyev \”Azərbaycanın əməkdar iqtisadçısı\” fəxri adına layiq görülüb.

Maşınqayırma və energetikanın inkişafı problemləri üzrə 19 elmi məqalənin müəllifidir, texniki elmlər namizədidir.

2012-ci il iyunun 22-də prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamı ilə Hacıyev Ağa-Bala Şamxal oğlunu 2-ci dərəcəli \”Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İnterpress.az