İnterpress.az xəbər verir ki, bu barədə \”Le Figaro\” qəzeti şirkətin nümayəndəsinə istinadən məlumat verib.
Onun sözlərinə görə, 2,2 min yanacaqdoldurma məntəqəsi yanacaq ehtiyatlarının tükəndiyini elan edib. Onlardan yalnız 75-i bilavasitə \”Total\”a məxsusdur.
Qeyd olunur ki, \”sarı jiletlilər\” mütamadi olaraq dəniz limanına girişi, avtomobil yollarını bağlayır, yol kameralarını sıradan çıxarır və ödənişli yollarda ödəniş məntəqələrinin işini pozurlar.
Etiraz edənlər həmçinin məktəb və liseylərin qarşısında nümayişlər təşkil edir, gəncləri öz hərəkatlarına qatılmağa çağırırlar.
İnterpress.az