Qapı-pəncərəsiz məktəblə bağlı – RƏSMİ AÇIQLAMAbackend

Qapı-pəncərəsiz məktəblə bağlı – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüntülərdə uşaqların soyuq havada, açıq ərazidə parta arxasında oturduqları görünür. Həqiqətənmi, Salyanda şagirdlər üçün məktəb binası yoxdur?

Məsələ ilə bağlı Təhsil Nazirliyindən İnterpress.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, görüntülər köhnə tarixə aiddir:

“Sosial şəbəkədə Salyan rayonunda şagirdlərin evlərdə açıq havada təhsil aldığını göstərən videogörüntü köhnə tarixə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 19 may tarixli 291s nömrəli sərəncamı ilə Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına Salyan rayonu, Kürsəngi kənd tam orta məktəbinin əsaslı təmiri nəzərdə tutulub. Hazırda orada son tamamlama işləri yerinə yetirilir. Salyan rayon Kürsəngi kənd tam orta məktəbində 35 sinif komplekti fəaliyyət göstərir”.

İnterpress.az