ATQB sədri:Qətiyyən şantaja boyun əyməyinbackend

ATQB sədri:Qətiyyən şantaja boyun əyməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı son zamanlar qadınlarla bağlı şantaj videolarının yayılmasına münasibət bildirərkən deyib:

“Qadınları şantaj edən kişilər boşansalar belə onların həyat yoldaşıdır, həm də ki, ortada onların övladları da var. Bu cür addımları atan kişilərin əməlləri mənəviyyatsızlıqdır. Boşanmanın da sivil yolları var. Baş verən hadisələrdə görürük ki, bir qadının şantaj olunmasında digər qadın da iştirakçı olur. Şəxsən özüm belə şeyləri yaşamışam və qadınlarımıza həmişə deyirəm ki, qətiyyən şantaja boyun əyməyin, çünki bir adam ömrü boyu şantajla yaşaya bilməz. Buna qarşı mübarizə aparmaq lazımdır. Öz qadının şantaj edən kişilər necə cəmiyyət içində gəzəcəklər? Əslində bunu etmək kişinin özünün rüsvay olmasıdır. Belə hadisələrin saytlarda paylaşılmasının da əleyhinəyəm. Niyə bunu sosial mediaya çıxarırlar. Belə etməklə həm bir qadının, həm də azyaşlı körpənin həyatını qaraltmış olurlar. Bu qədər qəddar olmaq olmaz”.

İnterpress.az