Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Çempionlar Liqasında oyunun yeri hərbi vəziyyətlə əlaqədar dəyişdirilib

Ukraynanın "Şaxtyor" və Fransanın "Lion" komandaları arasındakı Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçının məkanı dəyişdirilib.

Dərc edilib: 4 dekabr 2018 [20:25]
Baxış sayı: 5667

Interpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, əvvəlcədən Xarkovda keçirilməsi nəzərdə tutulan qarşılaşma Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunacaq.

Səbəb kimi ölkənin bəzi regionlarında tətbiq edilən hərbi vəziyyət göstərilib.

Qeyd edək ki, "Lion" bu qarşılaşmanın yerinin dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi. Qurum daha öncə eyni səbəbdən "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin - Ukrayna "Vorskla"sı və İngiltərə Arsenal"ının matçını Poltavadan Kiyevə dəyişib. “Şaxtyor” Donetski təmsil etsə də, hərbi vəziyyətlə əlaqədar ev oyunlarını Xarkovda “Metallist” stadionunda keçirir.

Interpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 47