Müdafiə Nazirliyi: “Bal-E” raket sistemlərinin alınması barədə Rusiyaya müraciət olunmayıbbackend

Müdafiə Nazirliyi: “Bal-E” raket sistemlərinin alınması barədə Rusiyaya müraciət olunmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən son günlər müxtəlif KİV-lərdə Azərbaycanın “Bal-E” raket sistemlərinin alınmasında maraqlı olduğu, lakin Rusiyanın kompleksin satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatları şərh edərkən bildiriblər.

Qeyd olunub ki, bununla bağlı heç bir rəsmi danışıq aparılmayıb:

“Rəsmi olaraq bildiririk ki, adıçəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksi əldə etmək niyyətimiz də olmayıb. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”.

İnterpress.az