Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Neftçi"nin legionerinin futbola satıcı və fəhləlikdən gəldiyi müəyyənləşib

Neftçi"nin hücumçusu Dario Frederikonun futbolu valideynlərinin tələbi ilə seçdiyi məlum olub.

Dərc edilib: 6 dekabr 2018 [10:32]
Baxış sayı: 4622

İnterpress.az-ın məlumatına görə, braziliyalı forvarda 18 yaşında ikən ultimatum gəlib. Valideynləri ona "Ya futbolu seçməlisən, ya da ənənəvi işləri" deyib. Supermarketdə bir neçə ay işlədikdən sonra Dario "Korintians"ın oyunçusu olaraq, valideynlərinin arzusunu gerçəkləşdirib.

Qeyd edək ki, Dario Frederiko tikintidə də işləyib. O, "Korintians"dan əvvəl "Union San-Juan" klubunda baxışda olub. "Sambaçı"nın ilk peşəkar klubu isə "Flamenqo" olub. Frederiko Azərbaycanda legioner həyatına 2015-ci ildə "Kəpəz"də başayıb. "Neftçi"yə isə o, 2018-ci ilin yayında Cənubi Koreya "Seonqam"ından keçib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 47