Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdırbackend

Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 1881-ci il dekabrın 6-da “Nobel qardaşları cəmiyyəti” Azərbaycanda rəsmi olaraq ilk telefon xəttini istismara verib.

XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.

Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi artıq 13 ildir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bu sahədə çalışanların fəaliyyətini motivasiya etmək üçün onlar mütəmadi olaraq fəxri adlarla təltif olunurlar.

Sektoru təmsil edən rəhbər şəxs və nümayəndələrin üzərinə düşən isə yaradılan şəraitdən faydalanaraq ölkədə yüksək texnologiyalar sahəsinin inkişafını ən yüksək səviyyəyə çatdırmaq və Azərbaycanı İKT sahəsində lider dövlətə çevirməkdir.

İnterpress.az