Ağcabədidə musiqi məktəbinin binasında yanğın olub – VİDEObackend

Ağcabədidə musiqi məktəbinin binasında yanğın olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən məlumat verir ki, 120 şagird yerlik məktəb binasının dam örtüyündə başlayan yanğın geniş əraziyə yayılıb. Yanğına ilk müdaxiləni kənd sakinləri ediblər.

Hadisə yerinə Ağcabədi Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları da gəlib.

Yanğın söndürülüb. Yanğına məktəb binasının damında elektrik xəttində qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Yerli sakinlərin sözlərinə görə, yanğın nəticəsində təhsil ocağına ciddi ziyan dəyib.

İnterpress.az