Nyu-Yorkda dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr edilmiş xeyriyyə konserti keçirilib – FOTObackend

Nyu-Yorkda dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr edilmiş xeyriyyə konserti keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Klassik piano ifaçısı Nərgiz Əliyarova konserti açaraq, dinləyiciləri bəstəkarın yaradıcılığı və musiqi nailiyyətləri ilə tanış edib.

İnterpress.az -a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə daha sonra Bakı-Bruklin Dostluq Assosiasiyasının Prezidenti Marietta Rozental çıxış edərək konsert təşkilatçılarına öz təşəkkürünü bildirib.
Təbdirdə klassik piano ifaçısı Nərgiz Əliyarova və Kamilla Məmmədova, skripka ifaçısı Azər Dəmirov, violonçel ifaçısı Kristin Lamprea, bəstəkar və caz ifaçısı Ruslan Ağababayev caz ansamblı ilə birlikdə dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.
Konsertdə dahi bəstəkarın Azərbaycan klassik musiqi tarixində özünəməxsus yerə malik \”İldırımlı yollarla\” və \”Yeddi gözəl\” baletləri, “Vətən” operası, \”Don Kixot\” simfonik qravürlərindən hissələr, prelyudiya və romanslar səsləndirilib.

Nyu-Yorkda dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr edilmiş xeyriyyə konserti keçirilib - FOTO

Nyu-Yorkda dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr edilmiş xeyriyyə konserti keçirilib - FOTO

Nyu-Yorkda dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr edilmiş xeyriyyə konserti keçirilib - FOTO

İnterpress.az