Texniki baxışdan keçən avtomobillə radara düşdü – VİDEObackend

Texniki baxışdan keçən avtomobillə radara düşdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, avtomobil sahibi Tərlan Əhmədov deyir ki, dövlət qeydiyyat nişanı “99-ES-562” olan avtomobili ilə sentyabrın 17-də Gəncə istiqamətində gedərkən radara düşüb.

Avtomobilin texniki baxışdan keçirilmədiyini deyərək, sürücüyə 50 manat cərimə yazılıb.

Tərlan Əhmədov deyir ki, o avtomobilini bu ilin iyul ayının 31-də texniki baxışdan keçirib.

Sürücü bununla bağlı aidiyyəti qurumlara müraciət etdiyini, ancaq heç bir nəticəsinin olmadığını deyir.

Interpress.az